Zəlzələ qurbanlarının sayı 29-a çatdı

Zəlzələ qurbanlarının sayı 29-a çatdı
  07 Fevral 2016    Oxunub:1294
Tayvanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, ölənlərin əksəriyyəti Taynan şəhərində 17 mərtəbəli yaşayış binasının dağıntıları altından çıxarılıb.

Xatırladaq ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, 6,4 bal gücündə zəlzələ cümə günü Tayvan adasının cənub hissəsində baş verib. Yeraltı təkanlar Yuytszin şəhərindən 25 kilometr cənubda qeydə alınıb. Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində olub.

AzVision.az


Teqlər:





Xəbər lenti