Dağıntılar altından 6 aylıq körpə sağ çıxarıldı

Dağıntılar altından 6 aylıq körpə sağ çıxarıldı
  08 Fevral 2016    Oxunub:1394
Tayvanda baş verən güclü zəlzələdən 30 saat sonra uçmuş yaşayış binasının dağıntıları altından 6 aylıq körpə sağ çıxarılıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl 20 yaşlı bir gənc xilas edilmişdi.

Dağıntılar altında qalan 120 nəfərə yaxın insanın sağ-qalma ümidləri getdikcə azalır. Zəlzələ zamanı həlak olmuş 26 nəfərin çoxu çökmüş hündürmərtəbəli binanın sakinləri olub. Yaşayış kompleksinin 6,4 bal gücündə yeraltı təkana tab gətirməməsinə görə, tikinti qaydalarının pozulması ilə bağlı istintaq başladılıb.

Zəlzələdən sonra 200-ə yaxın insan xilas edilib, 500 nəfərə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb, onlarla insan hələ də xəstəxanalarda müalicə alır.


Teqlər:





Xəbər lenti