`Prezidentliyə namizəd olmaq istəməzdim...` - Donald Tramp

`Prezidentliyə namizəd olmaq istəməzdim...` - Donald Tramp
  08 Fevral 2016    Oxunub:1631
ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd olan milyarder Donald Tramp bəyan edib ki, 2014-cü ildə o, Milli Futbol Liqasının (NFL) `Buffalo Bills` klubunu satın ala bilsəydi, ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəkdi.

AzVision.az bu barədə `ABC News`-a istinadən xəbər verir.

“Əgər bu komandanı ala bilsəydim, hazırda namizədliyimi verməzdim”, - deyə iş adamı vurğulayıb. Tramp hazırda prezidentlik postuna namizəd olduğuna görə peşman olmadığını qeyd edib.

“Seçkiqabağı kampaniyada işləmək, komandanın işləri ilə məşğul olmaqdan maraqlıdır”.

Biznesmenin sözlərinə görə, o, bir milyard dollar müqabilində komandanı almaq istəsə də, qarşı tərəflə anlaşa bilməyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti