ABŞ-da atışma: Ölən və yaralılar var

ABŞ-da atışma: Ölən və yaralılar var
  08 Fevral 2016    Oxunub:1427
ABŞ-ın Pass Kriscen şəhərində (Missisipi ştatında) katolik Mardi-Qra bayram paradından sonra atışma baş verib.
Bu barədə AzVision.az `Reuters`-ə istinadən xəbər verir.

Naməlum şəxslər iki nəfəri öldürüb, dörd nəfər yaralanıb.

Ümumilikdə, parada 50 min insan qatılıb. Xəsarət alan şəxslər dərhal xəstəxanaya çatdırılıb. Polis faktla bağlı araşdırmalara başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti