Azərbaycanlı həkim Suriyada öldürüldü – FOTO

Azərbaycanlı həkim Suriyada öldürüldü – FOTO
  08 Fevral 2016    Oxunub:16860
Suriyanın şimalında, Türkiyə ilə sərhəddə gedən döyüşlər zamanı Gürcüstanın Telavi şəhərində doğulan azərbaycanlı Beslan Muxtarov öldürülüb.
AzVision.az bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Muxtarovun üç ay əvvəl Suriyaya gəldiyi bildirilir. Yayılan məlumatda Beslanın Rusiya təyyarələrinin Türkmən dağı ərazisinə endirdiyi aviazərbələr nəticəsində öldürüldüyü qeyd olunur.

Muxtarov ixtisasca həkim olub. O, Türkmən dağında yaralı döyüşçüləri müalicə etməklə məşğul olub.

B.Muxatovun anası Tamamgül Muxtarovu onkoloji xəstəlikdən əziyyətdən çəkir. Oğlunun ölüm xəbərini eşitdən qadının vəziyyəti pisləşib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti