`Klintonun rəqiblərini cəhənnəmə göndərəcəyəm`

`Klintonun rəqiblərini cəhənnəmə göndərəcəyəm`
  08 Fevral 2016    Oxunub:2445
ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt və amerikalı feminist Qloria Steynlı demokratlardan prezidentliyə namizəd Berni Sandersi dəstəklədikləri üçün gənc qadınları tənqid edib.
Bu barədə AzVision.az `UPİ`-yə istinadən xəbər verir.

Klintonun seçkiqabağı mitinqində çıxış edən Olbrayt bildirib ki, əgər Hillari ABŞ-ın ilk qadın prezidenti seçilsə, onda bu əsl inqilab olar.

“Biz kariyera nərdivanında yuxarı qalxmağın necə çətin olması barədə hekayəmizi danışa biləcəyik. Gənc qadınların əksəriyyəti onların əvəzinə qərarın verildiyini düşünür. Bu, belə deyil. Bir-birinə kömək etməyən qadınlar üçün cəhənnəmdə xüsusi yer var”, - deyə Olbrayt qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti