Obama ailəsinin şikayəti: `Ağ evdə internet yoxdur`

Obama ailəsinin şikayəti: `Ağ evdə internet yoxdur`
  08 Fevral 2016    Oxunub:3232
ABŞ prezidenti Barak Obamanın ailəsi televiziyaların birinə müsahibə verən zaman Ağ Evdə Wi-Fi sisteminin zəif olmasından şikayətlənib.
Bu barədə AzVision.az `BBC`-yə istinadən xəbər verir.

“Wi-Fi siqnalının tutmadığı xeyli sayda yer var”, - deyə Obama bildirib.

“İnternetin əhatə dairəsi sabit deyil”, - deyə Mişel Obama da şikayətlənib. Obamanının qızları Saşa və Mişel də bu vəziyyətin onları əsəbiləşdirdiyini söyləyib.

Obama isə öz növbəsində Ağ evə gələcək növbəti prezident üçün Wi-Fi şəbəkəsinin yaxşılaşdırılması istiqamətdinə iş gördüyü diqqətə çatdırıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti