`Qazprom` mövzusu bağlanıb – Gürcüstanın baş naziri

`Qazprom` mövzusu bağlanıb – Gürcüstanın baş naziri
  08 Fevral 2016    Oxunub:2366
Gürcüstanda Rusiyanın `Qazprom` şirkəti ilə danışıqlar ətrafında siyasi spekulyasiyalar dayandırılmalıdır.
AzVision.az `Sputnik Georgia`ya istinadən xəbər verir ki, bu barədə `Rustavi-2` telekanalına açıqlamasında Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bildirib.

“Bu məsələ bitib. Çünki söhbət hər hansı strateji danışıqlardan getmir. Danışıqlar sırf texniki xarakter daşıyan problemlərin həll edilməsi ilə bağlıdır və hesab edirəm ki, danışıqlar ətrafında siyasi spekulyasiyalar tamamilə əsassızdır”, - deyə Kvirikaşvili yazıb.

Qeyd edək ki, Azərbaycan Gürcüstanın əsas qaz idxalçısıdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti