` Rusiya ilə danışıqların anlamı yoxdur` - Gürcü baş nazir

` Rusiya ilə danışıqların anlamı yoxdur` - Gürcü baş nazir
  08 Fevral 2016    Oxunub:2061
Azərbaycan Gürcüstanın əsas təbii qaz təminatçısıdır. Biz hər bir sahədə, eləcə də enerji məsələlərində Azərbaycan ilə səmərəli əməkdaşlıq edirik.
Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili söyləyib.

Baş nazirin sözlərinə görə, Gürcüstanın “Qazprom” şirkətindən mavi yanacaq almaq istəyi barədə yaranmış söz-söhbətlərin heç bir əsası yoxdur. “Biz sadəcə “Qazprom”un Ermənistana satdığı təbii qazın nəqlinə görə 12 faiz tranzit haqqı alırıq. Rusiya bizə tranzit haqqını nağd pulla ödəmək istəyir. Biz isə mavi yanacaq şəklində almaqda israrlıyıq. Bu danışıqların heç bir siyasi anlamı yoxdur və demək olar ki, danışıqlarımız da artıq başa çatıb”, - deyə Georgi Kvirikaşvili söyləyib.

Baş nazir deyib ki, Azərbaycan bizim strateji tərəfdaşımızdır: “Biz bütün sahələrdə çox səmərəli əməkdaşlıq edirik. Enerji sahəsində əməkdaşlığımız da bu sıradandır və bundan sonra da davam edəcək”.


Teqlər:  





Xəbər lenti