Azərbaycanlı idmançı rusiyalı biznesmeni öldürdü

Azərbaycanlı idmançı rusiyalı biznesmeni öldürdü
  09 Fevral 2016    Oxunub:4814
Rusiyada azərbaycanlı idmançı şirkət rəhbərini öldürüb.
AzVision.az ans press-ə istinadən xəbər verir ki, hadisə Tula vilayətində baş verib.

Tuladan olan iş adamı Kutuzova küçəsindəki "Aida" adlı kafenin yaxınlığında öldürülüb. İş adamının ölümünə yol açan dava fevral ayının 6-da baş verib.

Elektromontaj işləri ilə məşğul olan "Balqa" adlı MMC-nin direktoru olan Oleq Buyanov öz tanışı ilə mübahisə edib. İlkin məlumata görə, onlar arasında mübahisəyə səbəb köhnə borc olub. Mübahisə qısa zamanda davaya çevrilib.

Hadisə şahidlərinin məlumatına görə, Oleq Buyanovun dalaşdığı şəxs Azərbaycan vətəndaşı olan tanışı olub. Adı açıqlanmayan azərbaycanlı daha öncə idmanla məşğul olub. O, qarşı tərəfə cəmi iki zərbə vurub, bu zərbələrdən biri ölümcül olub. İş adamı kafedən getmək üçün çağırdığı taksinin yanındaca keçinib.

Faktla bağlı cinayət işi açılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti