Rusiyada helikopter qəzası - 4 nəfər ölüb

Rusiyada helikopter qəzası - 4 nəfər ölüb
  09 Fevral 2016    Oxunub:2973
Rusiyanın Pskov vilayətində hərbi helikopter qəzaya uğrayıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, hadisə Ostrovsk rayonunda qeydə alınıb.

Məlumata görə, təlim uçuşu həyata keçirən Mİ-8 helikopteri qəza enişi edərkən yerə düşüb. Hadisə nəticəsinə 4 nəfərin öldüyü bildirilir.

Hazırda qəzanın təfərrüatları haqda rəsmi açıqlama verilməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti