`Moskva və Ankaranın vasitəçiyə ehtiyacı yoxdur` – Səfir

`Moskva və Ankaranın vasitəçiyə ehtiyacı yoxdur` – Səfir
  09 Fevral 2016    Oxunub:2232
`Rusiya-Türkiyə münasibətlərinin normallaşması üçün vasitəçiliyə ehtiyac yoxdur`.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov bildirib.

"Hesab edirik ki, bu məsələdə vasitəçilərə ehtiyac yoxdur. Bizim mövqeyimiz Türkiyə tərəfinə məlumdur. Diplomatik münasibətləri dayandırmamışıq - həm Moskvada, həm də Ankarada səfirliklərimiz fəaliyyətini davam etdirir. Türkiyə münasibətlərin normallaşdırılması üçün real addımlar atmaq istəsə, onların bu baxımdan hər cür imkanı var", - deyə Rusiyanın səfiri vurğulayıb.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə ötən ilin noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib. Bundan sonra Rusiya və Türkiyə arasında münasibətlər kəskinləşib. Hətta Rusiya birtərəfli qaydada Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq edib.

Bu insidentdən sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Putinlə dəfələrlə görüşməyə dair təşəbbüs göstərsə də, Rusiya lideri hər dəfə bundan imtina edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti