Messi dünyanın ən bahalı maşınını aldı - 32 milyon avro

Messi dünyanın ən bahalı maşınını aldı - 32 milyon avro
  09 Fevral 2016    Oxunub:10224
İspaniyanın `Barselona` klubunun və Argentina millisinin üzvü Lionel Messi dünyada ən bahalı avtomobili – 1957-ci ilin `Ferrari 335 S Spider Scaglietti` yarış maşını alıb.
Bu barədə AzVision.az `Bleacher Report`-ə istinadən xəbər verir.

Maşın ötən gün Fransanın paytaxtı Parisdə hərraca çıxarılıb. Futbolçu avtomobili 32 milyon avroya alıb. Avtomobilin əvvəlki sahibi italiyalı əmlak agenti Alessandro Proto olub.

Məlumata görə, həmin maşını`Real`-ın ulduzu Kriştanu Ronaldu da almaq istəyirmiş.

Qeyd edək ki, bu avtomobilin sükanı arxasında əyləşən Stirlinq Moss Kubada `Formula-1` Qran-prisinin qalibi olub.

`Ferrari 335 S` Messinin kolleksiyasında olan üçüncü superkardır. Buna qədər argentinalı `Maserati GT Stradale` və `Audi R8 Spyder` maşınlarını alıb. Onların ümumi dəyəri 517 min avrodur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti