Ərdoğan təcili iclas çağırdı - Səfər təxirə salındı

Ərdoğan təcili iclas çağırdı  - Səfər təxirə salındı
  10 Fevral 2016    Oxunub:3361
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada terrorla mübarizə və regionda vəziyyətlə bağlı təcili iclas keçirir.
AzVision.az xəbər verir ki, müşavirədə Türkiyənin baş naziri Əhməd Davudoğlu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, DİN rəhbəri Efkan Ala və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan iştirak edir.

Görüş əvvəlcədən prezidentin gündəlik cədvəlinə daxil edilməyib.

Türkiyənin baş naziri Əhməd Davudoğlu iclasla əlaqədar Hollandiyaya səfərini təxirə saldı.

AzVision.az


Teqlər:  





Xəbər lenti