İranda qadın nazir müavini oldu - Tarixdə ilk dəfə

İranda qadın nazir müavini oldu - Tarixdə ilk dəfə
  10 Fevral 2016    Oxunub:1800
İranın neft naziri Bijən Namdar Zəngənə ilk dəfə olaraq, qadını öz müavini və National Petrochemical Company (NPC) dövlət neft-kimya şirkətinin idarəedici direktoru təyin edib.
AzVision.az İran KİV-lərinə istinadən xəbər verir ki, bu postu tutmaqla tarixə düşən qadın nazir müavini Mərziyə Şahdaidir.

O, NPC-da layihələr üzrə direktor olub.

Nazir bu qərarı İran üzərindən sanksiyaların qaldırılmasından sonra, ixracın artırılması, xarici investisiyaların cəlb edilməsi, texnologiyaların modernləşdirilməsi və s ilə bağlı olduğunu qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti