`Qarabağda müharibə başlaya bilər` - ABŞ kəşfiyyatı

`Qarabağda müharibə başlaya bilər` - ABŞ kəşfiyyatı
  10 Fevral 2016    Oxunub:16081
“Azərbaycan Qarabağdan imtina etməyəcək”

ABŞ-ın Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klepperin Konqresə hesabatında Dağlıq Qarabağ münaqişəsi barədə yazı yer alıb.

Hesabatda Azərbaycan və Ermənistan arasında yaşanan gərginliyin 2016-cı ildə də davam edəcəyi bildirilir. Klepperin fikrincə, Azərbaycanın artan hərbi gücü və iqtisati problemlər irimiqyaslı hərbi əməliyyatların yenidən başlaması təhlükəsini artırır.

“Azərbaycan Qarabağdan imtina etməyəcək, Ermənistan isə işğal olunmuş torpaqları azad etməyə tələsmir. Bütün bunlar münaqişənin siyasi yolla həllini çətinləşdirir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti