ABŞ-ın MDB-də demokratiya planı - 953 milyon ayrılacaq

ABŞ-ın MDB-də demokratiya planı - 953 milyon ayrılacaq
  10 Fevral 2016    Oxunub:4086
ABŞ MDB-də demokratiyanın inkişafına 953 milyon dollar pul xərcləyəcək.

Yeni büdcə layihəsinə əsasən 2017-ci ildə Dövlət Departamentinə Rusiya ilə qonşu ölkələrdə korrupsiya ilə mübarizə və demokratik cəmiyyətlərin dəstəklənməsi ilə bağlı proqramların iclasına 953 milyon dollar ayrılacaq.

Bu barədə AzVision.az `Rosbalt`-a istinadən xəbər verir.

`Söhbət korrupsiya ilə mübarizə proqramları, enerji təhlükəsizliyi proqramının yaradılması, Rusiya ilə qonşu ölkələrdə (məsələn Ukrayna, Gürcüstan və Moldova) demokratik cəmiyyətlərin dəstəklənməsindən gedir. Bu, həmçinin Mərkəzi Asiya ölkələrinə də aiddir”, - deyə bildirilib.

Qeyd edək ki, 2017-ci ildə ABŞ-ın büdcə xərcləri 4,147 trilyon dollar, gəlirləri isə 3,644 trilyon dollar təşkil edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti