Rusiyada dollar sürətlə bahalaşır
Fevralın 10-a olan məzənnələrə əsasən dollar və avro müvafiq olaraq 80,04 və 89,58 rubl olub.
Qeyd edək ki, rubl neft qiymətlərinin azalması fonunda xarici valyutaya nisbətdə ucuzlaşır. Brent markalı neftin bir bareli 30,8 dollar olub.
Xatırladaq ki, bir qədər əvvəl 2015-ci ildə ilk dəfə bir barelə görə neftin qiymətinin 25 dollara düşəcəyini bildirən neft treyderi, “Andurand Capital” fondunun rəhbəri Pyer Andyuran yaxın iki ildə qiymətlərin 70 dollara qədər artacağını proqnozlaşdırılıb.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: