SOCAR “Rosneft”in aktivlərini ala bilər

SOCAR “Rosneft”in aktivlərini ala bilər
  10 Fevral 2016    Oxunub:1716
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyada “Rosneft”in bir sıra aktivlərinə daxil olmaq imkanını öyrənir.
AzVision.az xəbər verir ki, bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev “IP Week” çərçivəsində “Rosneft”şirkətinin prezidenti İqor Seçin ilə danışıqların yekunlarına dair jurnalistlərə bildirib.

“Bir neçə həftə ərzində sənədlərin imzalanması mümkündür. Aktivlərin adları məlumdur, lakin iddiaçıların sayı çoxdur, hamı “Rosneft” ilə əməkdaşlıq etmək istəyir”.

“İnterfaks” agentliyinin yaydığı məlumata görə, ARDNŞ “Rosnrft”dən “Polyarnoe siyanie” şirkətinin alışı məsələsini öyrənirdi. Nəticədə, həmin şirkəti Aleksey və Yuri Xotinlərin şirkəti aldı (o cümlədən “ConocoPhillips”-də payı).

ARDNŞ-nin “Polyarnoe siyanie” şirkətinə marağı şərh edərkən, Azərbaycan şirkətinin nümayəndəsi jurnalistlərə bildirib ki, “Rusiya üzrə maraqlandığımız aktivlərin sayı çoxdur”.




Teqlər:





Xəbər lenti