`Skype`da virus var – Danışıqlarınız dinlənilir

`Skype`da virus var – Danışıqlarınız dinlənilir
  11 Fevral 2016    Oxunub:7743
`T9000` adlanan yeni virus `Skype` istifadəçilərinin danışıqları və şəxsi məlumatlarını yazır.
Bu barədə AzVision.az `Daily Mail`-ə istinadən xəbər verir.

İlk dəfə virus haqqında məlumatı `Palo Alto Networks` şirkətinin ekspertləri yayıblar. Bu zərərli proqramı hətta `Kaspersky`, `Norton`, `AVG` və digər məşhur antiviruslar da aşkarlaya bilmir.

“Bu virusun ilkin funksiyası istifadəçi haqqında məlumat yığmaqdır”, - deyə `Palo Alto` eksperti bildirib.

Kompüterlər Rich Text Format (RTF) formatında faylların işə salınması ilə bu virusa yoluxur. Bundan sonra troyan çoxpilləli quraşdırma prosesini işə salır ki, bu da hər addımda anti-virus proqram təminatının olub - olmamasını yoxlayır.

Tam yoxlamadan sonra virus yoluxmuş sistemdən məlumatları toplayıb və hakerin serverinə göndərir.

`Skype` rəsmisi bildirib ki, yeni virus haqqında məlumat və onun potensial təhlükələri araşdırılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti