NATO Türkiyə sahillərinə hərbi gəmilər göndərir
Təşkilat Türkiyə, Yunanıstan və Almaniya Müdafiə nazirlərinin Brüsseldəki görüşündən sonra bu qərara gəlib. NATO-nun baş katibi Yens Stoltenberg bildirib ki, onların məqsədi qaçqın gəmilərini geri döndərmək deyil:“Məqsəd qarşılaşdığımız insanlıq faciəsini çözə bilməkdə Türkiyə və Yunanıstana dəstək olmaqdır. Həm də Türkiyədən Yunanıstana dəniz yolu ilə keçənlər, eyni zamanda insan qaçaqçıları ilə mübarizə aparmaqdır”.
Son informasiyalara görə, 2016-ci ildə 75 mindən artıq imiqrant Egey dənizindən Yunanıstana keçib.
AzVision.az