`Azərbaycan böhranla mübarizədə düzgün addımlar atır` – BVF rəhbəri

`Azərbaycan böhranla mübarizədə düzgün addımlar atır` – BVF rəhbəri
  12 Fevral 2016    Oxunub:3538
Azərbaycan ölkənin qarşılaşdığı xarici çağırışların öhdəsindən gəlmək üçün düzgün addımlar atır.

AzVision.az `PUNCH`-a istinadən xəbər verir ki, bunu Beynəlxalq valyuta Fondunun (BVF) icraçı direktoru Kristin Laqard bildirib.

Onun sözlərinə görə, BVF ciddi iqtisadi çağırışlara qalib gəlməsi üçün Azərbaycana dəstək verməyə hazırdır.

Laqard vurğulayıb ki, Azərbaycanın neftdən ciddi asılılığını nəzərə alsaq, `qara qızıl`ın qiymətinin 70 faiz aşağı düşməsi onun iqtisadiyyatı, xarici ticarət dövriyyəsi və gəlirlərinə təsir edib.

“Azərbaycanın yaxşı fiksal yanaşması var. Ölkə öz xərclərini yenidən nəzərdən keçirir və kurs siyasətini bufer kimi istifadə etməklə öz mövqelərini bərpa etməyə çalışır”, - deyə Laqrad bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti