`Qarabağdakı vəziyyəti diqqətlə izləyirik` - NATO-nun baş katibi
AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq “Azadlıq” radiostansiyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat hazırda Dağlıq Qarabağdakı prosesləri diqqətlə izləyir:
“Azərbaycan və Ermənistan NATO-nun tərəfdaşıdır. Biz hər iki dövlətlə əməkdaşlığı yüksək qiymətləndiririk”.
Baş katib həmçinin “ABŞ-ın Milli Kəşfiyyat Xidmətinin direktoru Ceyms Klapperin 2016-cı ildə münaqişə bölgəsində gərginləşəcəyi” barədə dediklərinə münasibət bildirməyib.
İlkin Nəcəfzadə