İnterpol Xodorkovskini axtarmaqdan imtina etdi

İnterpol Xodorkovskini axtarmaqdan imtina etdi
  13 Fevral 2016    Oxunub:1731
AzVision.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İnterpolun Lİon şəhərində yerləşən mərkəzi ofisindən məlumat verilib.

İnterpolun Baş katibliyi bu sorğunun təşkilatın qaydalarına uyğun gəlməməsini səbəb göstərərək Rusiyaya rədd cavabı verib.

“İnterpolun Baş katibliyi bu sorğunun təşkilatın qaydalarına uyğun olmamasını müəyyən edib. Bu barədə təşkilatın Moskva İdarəsinə məlumat göndərilib”, - Baş ofisdə bildiriblər.

Daha öncə Moskva şəhər məhkəməsinin YUKOS-un sabiq rəhbəri Mixail Xodorkovskinin qiyabi həbsinə dair qərarı qanuni hesab etməsinə dair məlumat yayılmışdı.

Xodorkovski 1998-ci ildə Nefteyuqansk merinin qətlini sifariş etməkdə ittiham edilir. Basmannı məhkəməsi YUKOS-un həbsinə dair sanksiya verib. Xodorkovskinin hazırda Böyük Britaniyada olduğu bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti