II Qaregin və Serjin İsveçrədəki milyonları üzə çıxdı

II Qaregin və Serjin  İsveçrədəki milyonları üzə çıxdı
  15 Fevral 2016    Oxunub:3006
“Ermənistanın 10 vətəndaşı adına İsveçrənin HSBC bankında şəxsi hesab açılıb”.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumu yayıb.

Xəbərədə deyilir ki, həmin şəxslər 1989-2006-cı illərdə 23 müxtəlif bank hesabına bağlı olan 21 müştəri hesabı açıblar. bankda Ermənistan vətəndaşlarına aid olan pulun maksimum miqdarı 5.8 milyon dollardır.

21 müştəri hesabından 17-si fərdi şəxslər, 2-si offşor şirkətlər, 2-si isə “nömrəli” hesablar tərəfindən açılıb. Qeydə alınan 10 müştəri 2006-2007-ci illərdə bankdan 15,4 milyon dollar pul əldə ediblər.

İsveçrə bankındakı hesablarla bağlı mediada yayılan məlumatlarda 10 nəfərdən sadəcə 4-nün erməni əsilli olduğu bildirilsə də, “Hetq.am” saytının verdiyi xəbərə görə, onların hamısı erməni əsilli, şirkətlər isə Ermənistanda qeydiyyatdan keçmiş şirkətlərdir.

Bundan başqa İsveçrə banklarında bir neçə Ermənistan vətəndaşının da adına hesab mövcuddur. Lakin onların adı “Ermənistanla bağlı olan” müştərilər siyahısına daxil edilməyib.

İsveçrə bankında ermənilərin katalikosu II Qareginin də hesabı var. 2006-2007-ci illərdə onun hesabında 1 074 926 dollar vəsait olub.



Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumunun sorğusuna cavab olaraq Erməni Apostol Kilsəsindən bildirilib ki, II Qareginin adına ola hesab kilsənin maraqları və xeyriyyə üçün katalikosun sələfi tərəfindən açılıb və onun ölümündən sonra eyni məqsədlər üçün II Qareginin adına keçirilib.

Bundan başqa İsveçrə banklarında hesabları olanlar arasında Ermənistan Milli Elmlər Akademiyasının prezidenti Radik Martirosyan da var. 1936-cı il təvəllüdlü Martirosyan 1997-ci il dekabrın 4-də, yəni Yerevan Dövlər Universitetində rektor işlədiyi vaxtlarda İsveçrə banklarının birində şəxsi hesab açıb. 2006-2007-ci illərdə Martirosyanın 14,684 dollar miqdarında pulu olub. Onun hesab nömrəsi “3310FT” adlanır. Hesabın adının mənasını isə qaranlıq olaraq qalır.



Eyni zamanda pullu müştərilər arasında Erməni Apostol Kilsəsi Fransadakı yeparxiyasının şura üzvü Serj Bedoyan da var. Serjin 2006-2007-ci illərdə hesabında 5 818 919 dollar vəsait olub. Onun arxiyepiskop Şaqe Acemyan, katalikos II Qaregin və arxiyepiskop Şaqe Acemyanla sıx münasibətləri var.



Qeyd olunub ki, Bedoyan hər il Fransadakı erməni universitetlərdə təhsil alan tələbələr üçün Ermənistana turlar təşkil edir. 2014-cü ildə prezident Serj Sarkisyan Ermənistan və diaspor təşkilatları ilə əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə onu “Movses Xorenatsi” medalı ilə təltif edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti