Gürcüstan İranla viza rejimini ləğv etdi

Gürcüstan İranla viza rejimini ləğv etdi
  16 Fevral 2016    Oxunub:1565
Gürcüstan İran vətəndaşları üçün viza rejimini ləğv edib.
Bu barədə İranın Gürcüstandakı səfiri Abbas Tələbi bəyan edib. Fevralın 15-dən etibarən İran vətəndaşları Gürcüstanda ərazisində 45 gün ərzində vizasız qala biləcəklər.

“Viza rejiminin ləğv olunması iki ölkə arasında ticari əlaqələrin genişlənməsinə töhfə verəcək”, - deyə səfir deyib.

Xatırladaq ki, Gürcüstan İran vətəndaşları üçün birtərəfli viza rejimini 2013-cü ildə tətbiq etməyə başlayıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti