`Türkiyə Qarabağı qaytarmağımızı tələb edir` - Arutyunyan
Keçmiş nazir ölkənin müstəqillik qazanmasından indiyədək Türkiyənin Ermənistanla bağlı apardığı siyasətə diqqət yetirməyə çağırıb.
“1990-cı illərdə Türkiyə üçüncü səhra ordusunu sərhədlərimizdə yerləşdirərək Qarabağı qaytarmağımızı tələb edib. Türkiyə Ermənistan ilə sərhədi bağlayıb, bizim bu ölkə ilə diplomatik münasibətimiz yoxdur, bu isə düşmənçiliyin təzahürüdür.
Türkiyə Rusiya bazasının və Rusiya sərhədçilərinin çıxarılmasını, AES bağlanmasını tələb edirdi. Türkiyə Ermənistanın yox olması üçün hər şey edir”-deyə Arutyunyan bildirib.
Qeyd edək ki, Türkiyə ordusu Tansu Çillərin başçılıq etdiyi hökumətin vaxtında Ermənistanla sərhədə gətirilmişdi . O zaman Ermənistan Müdafiə Nazirliyinə Vaqarşak Arutünyan başçılıq edirdi.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


