`Putinlə təkcə mən danışa bilərəm` – Donald Tramp

`Putinlə təkcə mən danışa bilərəm` – Donald Tramp
  16 Fevral 2016    Oxunub:2390
ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd olan Donald Tramp Cənubi Karolina ştatında seçkiqabağı mitinqdə çıxışı zamanı Rusiyaya olan sevgisini etiraf edib.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Milyarder rəqibləri senatorlar Ted Kruz və Marko Rubiodan fərqli olaraq, prezident seçiləcəyi təqdirdə Rusiya ilə əlaqələr qura biləcəyini deyib.

“Kruz və Rubio Rusiya ilə əlaqələr qura bilməz. Mən Rubio ilə bir yerdə dayanmışam, o, hovuzdan yenicə çıxana adama bənzəyir. O, təzyiqə tap gətirə bilməz. Mən sadəcə bu insanların Vladimir Putinlə necə danışıqlar aparacağını düşünə bilmirəm.

Siz ölkə üçün sərfəli razılaşmalar istəyirsiniz? Siz Rusiya ilə saziş istəyirsiniz? Əgər Rusiya ilə yaxşı sazişlər istəyirsinizsə, onda Putinlə danışmaq lazımdır. Və baş verən axmaq hadisələrdən sonra Rusiya ilə yaxşı əlaqələrin yaradılmasında pis heç nə yoxdur”,- deyə Tramp qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti