Neft psixoloji həddi keçdi – 35 dollar

Neft psixoloji həddi keçdi – 35 dollar
  16 Fevral 2016    Oxunub:4716
Dünya bazarlarında neftin qiymətinin sürətlə bahalaşması prosesi davam edir.
Bu barədə AzVision.az `TASS`-a istinadən xəbər verir.

Bakı vaxtı ilə 10:16-ya olan məlumata görə, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında Brent markalı neftin 2016-cı ilin aprel ayına olan fyuçersinin dəyəri 4,98%-ə bahalaşaraq 35,03 dollara çatıb.
WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti hazırda ötən günlə müqayisədə 4,98% artaraq bir barel üçün 30,91 dollar təşkil edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:



Xəbər lenti