İran Rusiyadan 8 milyardlıq silah alır

İran Rusiyadan 8 milyardlıq silah alır
  16 Fevral 2016    Oxunub:1936
İran Rusiyadan 8 milyard dəyərində silah almağı planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı “Kommersant” qəzeti hərbi mənbələrinə istinadən yayıb. Bildirilib ki, İranın müdafiə naziri Hüseyn Dexqanın Rusiyaya iki günlük səfəri zamanı silah almanın bütün detalları müzakirə ediləcək.

Hər iki ölkənin müdafiə nazirlərinin görüşü zamanı rəsmi Tehranın silah siyahısı Serqey Şoyquya təqdim ediləcək. Siyahıda “SU-30” SM qırıcı təyyarələri, “Yak-130” təlim-hərbi təyyarələri, “Mİ-8” və “Mİ-17” helikopteri, “Bastion” adlı inkişaf etmiş mərmi sistemi, “Yaxont” qanadlı raketləri də var.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti