Ölkədən 33 kilo qızıl aparanlar tutuldu

Ölkədən 33 kilo qızıl aparanlar tutuldu
  16 Fevral 2016    Oxunub:3069
Azərbaycandan Türkiyəyə qaçaqmalçılıq yolu ilə aparılan külli miqdarda qızıl külçə ələ keçirilib.
AzVision.az xəbər verir ki, İstanbulda Azərbaycan dövlət nömrə nişanlı avtomobili saxlayan polislər yük yerində xalis çəkisi 33 kilo 576 qram ağırlığı olan 39 ədəd qızıl külçə aşkar ediblər.

Nəticədə avtomobili idarə edən A.R.(30) və Y.Y(32) saxlanılıb. Saxlanılan şəxslər ifadələrində Azərbaycanda zərgərliklə məşğul olduqlarını bildiriblər: “Türkiyədə qızıl baha olduğu üçün külçələri bura gətirmişik. Əridib satacaqdıq”.

İfadələri alındıqdan sonra saxlanılan şəxslər həbs ediliblər.

AzVision.az


Teqlər:



Xəbər lenti