Erməni politoloqun məsləhəti - KARİKATURA

Erməni politoloqun məsləhəti - KARİKATURA
  16 Fevral 2016    Oxunub:15351
Uzun illər Rusiyada, son 8 ildə isə ABŞ-da yaşayan tanınmş erməni politoloq Andranik Miqranyanın Tert.am saytına müsahibə verib.

Jurnalist ona saxta erməni “soyqırımı” inkara görə cəza nəzərdə tutan qanun layihəsinin Rusiya Dövlət Dumasına təqdim edildiyini xatırladıb və ardınca onun aqibəti ilə maraqlanıb, eyni zamanda rusları “erməni məsələsi” ilə möhtəkirlik etməyə çalışmaqda qınayıb.

Miqranyanın verilən suala və irada reaksiyası təhqiramiz olub: “Bu başabəla yerli vətənpərvərlər və rusofobların onlardan istifadə olunduğunu iddia eləməsi gülməlidir. Yazıq heyvanat! Məgər istifadə eləməsələr, o zaman kimsə sizin problemlərinizi yada salacaqmı? Siz – yazıq heyvanat hətta bütün səylərinizi birləşdirib 100 il çalışsanız da buna nail ola bilməzdiniz! Rusiyaya “sağ ol” demək lazımdır ki, o, Ermənistandan deyil, erməni məsələsindən istifadə edir. Allaha şükür ki, Rusiya öz maraqlarından çıxış edərək, sizin məsələlərinizi də qaldırır, irəli aparır.

Ay Eşşəklər, siz bundan istifadə edə bilərsiniz, fürsət düşüb böyük bir dövlət bundan danışmağa başlayıb!

Rusiyaya “sağ ol” deyin və onun dalından öpün, nəinki özünüz haqda yüksək fikrə düşüb iddia edin ki, sizdən istifadə edirlər! Eşşəkdən törəyənlər...”, - deyə Miqranyan əsəbi tərzdə vurğulayıb.




Teqlər:  





Xəbər lenti