Prezident baş naziri istefa verməyə çağırdı

Prezident baş naziri istefa verməyə çağırdı
  16 Fevral 2016    Oxunub:2952
Ukrayna prezidenti Pyotr Poroşenko baş prokuror Viktor Şokin və baş nazir Arseni Yatsenyuku istefaya çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytında yerləşdirilən müraciətdə qeyd olunub.

Bildirilib ki, Baş Prokurorluq cəmiyyətin etibarını qazana bilməyib və buna görə də baş prokurorun istefası məsələsi gündəmdədir.

Poroşenko, eyni zamanda Ali Radanın buraxılmasının vacibliyini bildirib: “Ali Radanın buraxılması prezidentin haqqıdır. İnamın bərpa edilməsi bu parlament divarları arxasında həll edilməlidir”.


Teqlər:  





Xəbər lenti