Baş prokuror istefa verdi - Poroşenko yeni komanda yığır

Baş prokuror istefa verdi - Poroşenko yeni komanda yığır
  17 Fevral 2016    Oxunub:1991
Ukraynanın baş prokuroru Viktor Şokin ölkə başçısı Pyotr Poroşenkoya istefa ərizəsini təqdim edib.

AzVision.az bu barədə Ukrayna KİV-lərinə istinadən xəbər verir.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko baş prokuror Viktor Şokin və baş nazir Arseni Yatsenyuku istefaya çağırıb.

Bildirilib ki, Baş Prokurorluq cəmiyyətin etibarını qazana bilməyib və buna görə də baş prokurorun istefası labüddür.

Poroşenko, eyni zamanda Ali Radanın buraxılmasının vacibliyini bildirib: “Ali Radanın buraxılması prezidentin haqqıdır. İnamın bərpa edilməsi bu parlament divarları arxasında həll edilməlidir”.

AzVision.az


Teqlər:





Xəbər lenti