İran və Gürcüstan Ermənistanı seçir

İran və Gürcüstan Ermənistanı seçir
  17 Fevral 2016    Oxunub:3047
Rəsmi Tehran və Tiflis arasında Gürcüstana 200 milyon kubmetr həcmində qazın tədarükünə dair danışıqlar aparılır.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə İranın Milli Qaz İxracı Şirkətinin (NIGEC) direktoru Əlirza Kaməli İranın neft naziri Bijan Namdar Zanqane və Gürcüstanın energetika naziri Kaxa Kaladze arasında keçirilən danışıqları şərh edərkən bildirib.

“Gürcüstanda dövlət və özəl sektor İrandan qaz tədarük edilməsində maraqlıdır. Qazın Gürcüstana tədarükünün növbəti ildən (Hicri-Qəməri təqvimi ilə martın 21-dən sonra) başlanacağı gözlənilir”.

“Bundan əlavə, Gürcüstan İran qazının Ermənistan ərazisindən tədarük olunması üçün bu ölkədən qazın tranzitinə dair razılıq almalıdır. Razılaşmaq təsdiqlənəcəyi təqdirdə, gələcəkdə söhbət Gürcüstana qaz tədarükünə dair ortamüddətli və uzunmüddətli sazişlərdən gedə bilər”.

Xatırladaq ki, hazırda Gürcüstanın istehlak etdiyi qazın 88 faizi Azərbaycandan, 12 faizi isə Rusiyadan tədarük olunur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti