Ərdoğan və kral Salman Əsədi yola salır

Ərdoğan və kral Salman Əsədi yola salır
  17 Fevral 2016    Oxunub:3138
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz Əl Səud telefon danışığı zamanı Suriya prezidenti Bəşər Əsədin gələcəyinə dair mövqelərini ifadə ediblər.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Telefon danışığı zamanl hər iki ölkə lideri Bəşər Əsədin hakimiyyətdə qaldığı müddətdə Suriyada münaqişənin həllinin mümkünsüz olduğu və dinc əhalinin öldürülməsinin dayandırılması və blokadanın götürülməsi ilə bağlı həmrəy olduqlarını bildiriblər.

Liderlər vurğulayıblar ki, bu hücumlar regionda humanitar vəziyyəti daha da gərginləşdirir.

Məlumata görə, Türkiyə prezidenti və Səudiyyə Ərəbistanının kralı kürd silahlılarının Suriyanın Türkiyə ilə həmsərhəd Aazez şəhərinə hücumunu və Türkiyə ordusunun cavab zərbələrini müzakirə ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti