McDonald`s pivə də satacaq

McDonald`s pivə də satacaq
  17 Fevral 2016    Oxunub:2580
Amerikanın fast-food mağazalar şəbəkəsi olan McDonald`s Cənub Koreyada açılan restoranında pivə satışını həyata keçirəcəyi bildirilib.
AzVision.az `CNBC` telekanalına istinadən xəbər verir ki, söhbət pilot layihədən gedir.

Pivə hələlik paytaxt Seul yaxınlığında yerləşən Panodakı restoranda satılacaq.

Pivənin məhz bu restoranda satılmasına səbəb onun şəhərin mərkəzində yerləşməsi və müştərilərin əsasən yaşlılar olmasıdır.

Telekanal qeyd edir ki, bu, Asiyada fast-food restoranında spirtli içki satışına dair ilk nümunədir. Bu arada restoranda pivə almaq üçün xüsusi sərt qaydalar da var: Spirtli içkini yalnız hamburqerlə birgə almaq olar. Pivə içmək istəyənlərdən, həmçinin sənəd də istənilir.

Qeyd edək ki, Cənubi Koreyada 19 yaşdan aşağı olan şəxslər spirtli içki ala bilməzlər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti