Azərbaycanlı Nikolay dövrünün vazasını oğurladı

Azərbaycanlı Nikolay dövrünün vazasını oğurladı
  17 Fevral 2016    Oxunub:2683
Moskvada muzeydən 26 500 dollarlıq rəsm əsəri oğurlayan azərbaycanlı saxlanılıb.
AzVision.az Lifenews-a istinadən xəbər verir ki, Yuli Kleverin “Baxımsız park” əsərinin oğurlanmasında şübhəli bilinərək həbs edilən Azərbaycan vətəndaşı Valeh Əzizov, daha bir neçə dəyərli sənət əsərini oğurladığını etiraf edib.

Onun I Nikolayın fəsillər vazası, Konstantin Makovskinin “Mülkədar”, Vasili Polenovun “Attityud” və Feodr Malyavinin üç əsərinin qarətində də əlinin olduğu bildirilir.

“Baxımsız park” əsəri ilə olduğu kimi, fırıldaqçı kolleksionerlərə. antik əşyanı sataraq pulu onlara verəcəyini vəd edib. Qarətdən əldə edilmiş gəlirin ümumi məbləği 20 milyon rubldur (260 000 dollar).

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti