Türkiyədə terror aktları törədilə bilər

Türkiyədə terror aktları törədilə bilər
  17 Fevral 2016    Oxunub:2052
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) ölkədə yeni terror aktlarının törədilməsi ehtimalı barədə xəbərdarlıq edib.
Bu barədə Türkiyənin “Haber7” qəzeti MİT-dəki mənbəyə istinadən məlumat yayıb.

Kəşfiyyatın məlumatına əsasən, PYD və PKK terror təşkilatlarının bəzi üzvləri Türkiyənin beynəlxalq hava limanlarında terror aktları törətməyə hazırlaşırlar. Bu məqsədlə PYD və PKK-nın 14 silahlısı Türkiyə ərazisinə daxil olub.

Qəzet yazır ki, terror aktları Türkiyənin Suriyada yaraqlıların mövqelərini atəşə tutmasına cavab olaraq hazırlanır.


Teqlər:



Xəbər lenti