Sarkozi həbs edilə bilər - Maliyyə saxtakarlığı

Sarkozi həbs edilə bilər - Maliyyə saxtakarlığı
  18 Fevral 2016    Oxunub:2059
Fransanın keçmiş prezidenti Nikola Sarkozi ifadə vermək üçün prokurorluğa çağırılıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Sarkozi 2012-ci il prezident seçkilərində maliyyə saxtakarlığına yol verməkdə şübhəli bilinir.

Fransa KİV-lərinin iddiasına görə, Sarkozi təbliğat kampaniyası üçün qanunla nəzərdə tutulan məbləğdən (22,5 milyon avro) artıq vəsait xərcləyib.

Eks-prezident haqqında səslənən iddialar rədd edib.

Hazırda işlə bağlı araşdırma aparılır. İddialar təsdiq olursa, Sarkozi həbs ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti