Ankaradan acı xəbər: 28 ölü, 60-dan çox yaralı (Yenilənib+VİDEO)
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərbi nəqliyyat vasitələri keçərkən partlayış törədilib.
Ankara valisi Mehmet Kılıçlar hadisə nəticəsində 5 nəfərin öldüyünü, 10 nəfərin xəsarət aldığını bildirib.
Onun sözlərinə görə, partlayış bomba yüklü avtomobil vasitəsilə həyata keçirilib.
Hadisə yerində xeyli sayda təcili tibbi yardım və yanğınsöndürmə maşınları cəlb olunub.
***
Türkiyənin Radio Televiziya Üst Qurumu hadisə ilə bağlı rəsmi açıqlamalardan başqa xəbər verilməsi və görüntü yayılması, olay anının, yerinin və sonrakı görüntülərin, həmçinin cənazələrin görüntülənməsi ilə bağlı yayım qadağası tətbiq edib.
Hadisə ilə əlaqədar Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüsselə planlaşdırılan səfərini təxirə salıb.
***
Ankarada törədilmiş terror aktının baş verdiyi an videomüşahidə kameraları tərəfindən qeydə alınıb.
Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Ankaradakı partlayışların nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb, 45 yaralı var.
***
Ankarada baş verəb partlayış nəticəsində 21 nəfər ölüb, 61 nəfər isə yaralanıb.
İlkin məlumata görə, partlayış PKK qruplaşması tərəfindən törədilib.
***
Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş terror aktında ölənlərin sayının 28-ə çatdığını bildirib: “Təəssüf ki, 28 vətəndaşımız həlak olub. Vəfat edənlər arasında əsgərlərlə yanaşı, mülki şəxslərin də olduğunu ehtimal edirik. Bu terror aktının törədilməsində kimin əli olduğunu ortaya çıxaracağıq”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


