Ərdoğan Azərbaycana səfərini təxirə saldı
AzVision.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, o, Ankarada baş vermiş terror aktı ilə bağlı Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün fevralın 18-də Bakıya gələ bilməyəcək.
Dövlətimizin başçısı Ankarada törədilmiş terror aktını qətiyyətlə pisləyib, həlak olanların ailə üzvlərinə, Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, faciə qurbanlarına Allahdan rəhmət diləyib.
Prezidentlər Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsinin vaxtını bir qədər sonra müəyyənləşdirmək barədə razılığa gəliblər.
***
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sabah Azərbaycana planlaşdırılan səfərini təxirə salıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Anadolu Agentliyi məlumat yayıb.
Bildirilib ki, Ərdoğanın səfəri təxirə salması Ankarada baş verən dəhşətli terror hadisəsi ilə əlaqədardır.
Türkiyə prezidenti azərbaycanlı həmkarı İlham Əliyevlə telefon əlaqəsi saxlayaraq səfərin başqa bir vaxta keçirilməsini xahiş edib.
Qeyd edək ki, sabah Azərbaycanda Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcəkdi.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


