Neft sürətlə bahalaşır - Yenilənib

Neft sürətlə bahalaşır - Yenilənib
  18 Fevral 2016    Oxunub:4185
Dünya bazarında neftin qiymətinin sürətlə bahalaşması prosesi davam edir.
Bakı vaxtı ilə 09:55-a olan məlumata görə, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında Brent markalı neftin 2016-cı ilin aprel ayına olan fyuçersinin dəyəri 8,3%-ə bahalaşaraq 35,09 dollara çatıb.

WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti mart ayında olan fyuçersinin dəyəri 7,2% artaraq bir barel üçün 31,3 dollar təşkil edib.

***

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,89 dollar artaraq 31,24 dollar təşkil edib.

AzVision.az-ın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,37 dollar artaraq 34,87 dollar olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti