Ərdoğan terrorla müharibənin anonsunu verdi
"Türkiyənin özünümüdafiə hüququ müzakirə olunmur, biz hüququmuzu hər yerdə və hər zaman, lazım bildikdə istifadə edəcəyik", - deyə Ərdoğan bildirib.
Prezident Ərdoğan həmçinin deyib ki, türk xalqını terrorla qorxutmaq mümkün deyil.
"Biz terrorizmlə mübarizə yolundan dönməyəcəyik, həm Türkiyədə, həm də ölkədən kənar mübarizəni davam etdirəcəyik. Verdiyimiz qurbanlar səbrimizi tükəndirir".
Qeyd edək ki, dünən Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


