Obama 80 ildə ilk dəfə Kubaya gedir

Obama 80 ildə ilk dəfə Kubaya gedir
  18 Fevral 2016    Oxunub:3246
ABŞ prezidenti Barak Obama mart ayında Kubaya səfər etməyi planlaşdırır.
Bu barədə AzVision.az `Reuters`-ə istinadən xəbər verir.

Ötən ilin dekabrında Barak Obama Kubaya səfər etməyə hazır olduğunu bəyan etmişdi. Bununla belə ABŞ prezidenti səfər üçün şərt qoyub: “Mənə sıravi vətəndaşlarla, istədiyim şəxslərlə ünsiyyətdə olmaq imkanı yaradılsa, Kubaya səfər etməyə hazıram”.

Qeyd olunub ki, rəsmi Vaşinqton Kuba inqilabından sonra bu ölkədə ilk ABŞ istehsal müəssisəsinin inşasına dair yerli hökumətlə razılığa gəlib. Rəsmi Vaşinqton, həmçinin Kuba üzərindən bir sıra iqtisadi sanksiyaları aradan qaldırıb.

Qeyd edək ki, ABŞ prezidenti Kubaya təxminən 80 il əvvəl Kubaya səfər edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti