Benzin 100 dəfə bahalaşır – Görünməyən hadisə

Benzin 100 dəfə bahalaşır – Görünməyən hadisə
  18 Fevral 2016    Oxunub:5358
Venesuela prezidenti Nikolas Maduro böhranla mübarizədə genişmiqyaslı kampaniyaya başlayıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, belə tədbirlərdən biri dünyanın ən ucuz neftinin qiymətinin təxminən 100 dəfə artırılmasıdır.

Venesuela prezidenti bununla neftin qiymətinin aşağı düşməsi ilə ölkədə yaranan böhranı aradan qaldırmağa çalışır.

Bir litr benzinin qiymətinin 0,95 dollara qaldırılması planlaşdırılır ki, bu da əvvəlki qiymətdən (0,01 dollar) təxminən 100 dəfə çoxdur. 91 markalı benzin 95 markalı benzindən təxminən 30% ucuz olacaq.

Yeni qiymətlər fevralın 19-u qüvvəyə minəcək. Maduronun sözlərinə görə, yanacaq bundan sonra da dünyanın ən ucuz yanacağı olaraq qalacaq: “Bu tədbir balansın saxlanılması üçün lazımdır”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti