Türkiyədə daha bir terror - 6 ölü (Yenilənib)

Türkiyədə daha bir terror - 6 ölü (Yenilənib)
  18 Fevral 2016    Oxunub:4405
Diyarbəkirin Lice qəsəbəsində baş verən partlayış nəticəsində altı hərbi qulluqçu şəhid olub, biri yaralanıb.
Qeyd edək ki, bu gün səhər hərbçiləri daşıyan zirehli mikroavtobus Diyarbəkir-Lice yolunda hərəkət edərkən terrorçular tərəfindən yolda quraşdırılan və uzaqdan idarə olunan bomba partladılıb.

**

Türkiyədə daha bir terror aktı törədilib.AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terror aktı Diyarbəkirin Lice qəsəbəsində baş verib.

Yolda quraşdırılan partlayıcı qurğu hərbi maşının keçişi əsnasında işə düşüb. Hadisə nəticəsində xeyli sayda insanın öldüyü və yaralandığı bildirilir.

Əraziyə təcili yardım maşınları cəlb edilib. Hazırda faktla bağlı araşdırma aparılır.

İlkin Nəcəfzadə

AzVision.az


Teqlər:  





Xəbər lenti