`Azərbaycanla birgə hərəkət edəcəyik` – Çavuşoğlu

`Azərbaycanla birgə hərəkət edəcəyik` – Çavuşoğlu
  18 Fevral 2016    Oxunub:4053
Azərbaycan xalqına göstərdiyi dəstəyə görə təşəkkür edirəm

AzVision.az məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovala görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Terrorun hər formasına qarşı həmişəkindən daha çox birgə mübarizə aparmalıyıq. Terror üzündən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası baş tutmayıb. Tezliklə toplantı keçiriləcək. Azərbaycanla Türkiyənin əlaqələri daha da genişləndirmək üçün iradəsi var. Azərbaycan bu il müstəqilliyinin 25 illiyini qeyd edəcək. Görüş zamanı bir sıra ortaq layihələri müzakirə etdik.

Sabah mümkün olsa, Bakı-Tiflis-Qars dəmiryol xətti layihəsinə baxış keçirəcəyik. Beynəlxalq aləmdə Azərbaycanla Türkiyə birlikdə hərəkət edir. Qarabağ problemi daxil olmaqla, bütün məsələlərdə birlikdə hərəkət edirik. Fevralın 26-da Xocalı faciəsinin ildönümüdür. Bu hadisəni törədənləri lənətləyirəm və faciə qurbanlarına Allahdan rəhmət diləyirəm. Azərbaycanla terrora baxış bucağımızda heç bir dəyişiklik yoxdur”, - deyə o vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti