Çin 118 milyarda bütün dünyanı `alır`

Çin 118 milyarda bütün dünyanı `alır`
  18 Fevral 2016    Oxunub:6740
Çin Avropa İttifaqı (Aİ) və ABŞ-a olan birbaşa investisiyaların həcmini kəskin şəkildə artırıb: Ötən ilin yanvar ayında ölkənin xarici investisiyalarının həcmi 12 milyard dollar olub.
Bu barədə AzVision.az xarici KİV-ə istinadən xəbər verir.

Ötən il ümumilikdə, Çinin xarici investisiyalarının həcmi 118 milyard dollar təşkil edib.
Yanvar ayından Çindən olan birbaşa qeyri-maliyyə investisiyalarının həcmi 12,02 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 18,2% çoxdur.

Yanvar ayında Çinin ABŞ-a olan investisiyalarının həcmi ötən ilin yanvar ayı ilə müqayisədə 3,9 faiz artaraq 1,56 milyard dollar təşkil edib.

Çin, həmçinin Avropaya olan yatırımların sayı artıb. Belə ki, 2015-ci ildə Çinin İspaniyaya olan investisiyaların həcmi 2014-cü illə müqayisədə 57% artaraq 850 milyon avro olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti