Rusiya Minsk qrupunun dəyişdirilməsini istəmir

Rusiya Minsk qrupunun dəyişdirilməsini istəmir
  18 Fevral 2016    Oxunub:3541
ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun mövcud formatının dəyişdirilməsi barədə qərar formatın iştirakçılarının özləri tərəfindən qəbul edilməlidir.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfrnasında bildirib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsinə ehtiyac yoxdur.

XİN sözçüsü qeyd edib ki, Minsk qrupunun formatı hamı tərəfindən qəbul olunur: `Mövcud format təsdiq edilib və hamı tərəfindən qəbul edilib, eləcə də bir çox hallarda səmərəlidir. Əlbəttə, hamı daha böyük nəticələr istərdi, lakin bu format işləyir`.

AzVision.az


Teqlər:  





Xəbər lenti